ХЎРОЗ НЕГА УЧМАЙДИ? (Ўзбек ва Озарбайжон тилларида)
UŞAQLARINIZ ÜÇÜN OXUYUN... Əhvalat özbək dilindən Azərbaycan dilinə uyğulaşdırılıb.
XORUZ NİYƏ UÇMADI?
Qanadlılar sinfində,
Xoruz fəal hamıdan.
Asanca “beş” alırdı,
Bütün fəndən hər zaman.
Səhərlər durmaqdan “beş”,
Gəzib, öyünməkdən “beş”.
Dən qabındakı dəni,
Kiçiyə verməkdən “beş”.
Xoruz özündən razı,
Məğrur gəzib, gedirdi.
Dörd tərəfində hamı,
Onu tərif edirdi.
Necə qorunmaq mümkün,
İstidən, ya ayazdan,
Müşkül olan nə varsa,
Öyrənirlər xoruzdan.
Belə kəkilli, qıvraq,
Xoruz bəyə afərin!
Tənbəlliyə yad, uzaq,
Xoruz bəyə afərin!
Xoruz bir gün: dərs çoxdur,
Yorulmuşam, - söylədi.
Bir günlə nə olacaq?
Dərsdən qalacam, - dedi.
Sübhdür, - deyə, banlayıb,
Var gücüylə bağırdı.
Yoldaşlarını bir-bir.
O, məktəbə çağırdı.
İlk durnanı səslədi,
Gözlədi ki, oyansın.
Dur, söyləyib gözünə
Tutdu günün aynasın.
Kəkliyin oxumaqdan
Səsi tamam batmışdı.
Xoruz pərqu yastıqla
Qulaqların tutmuşdu.
Bir qədər yatıb, sonra,
O da məktəbə getdi...
Qanadlılar fəslindən,
Keçilirdi dərs o gün.
Xoruza tənbəllikdən,
Qiymət olmadı mümkün.
Həmin gün qanadlılar,
Uğura sarı uçdu.
Müəllim şagirdlərə,
Uçuş dərsini keçdi.
Xoruz isə qəflətdə
Yastığını bərk qucdu.
O yatanda dostları,
Göyün üzündə uçdu.
Məxmər kimi qanadlar
Buluda əl elədi.
Quşlara canlı nə var,
Yüksək uçuş dilədi.
Quşlar çox sevindilər,
Xoşbəxt günün dərsindən.
Qanad çalıb keçdilər,
Xoruzun hini üstdən.
Xoruz o bacarığı
Quca bilmədən qaldı.
Qanadları olsa da,
Uça bilmədən qaldı.
Belə bir hekayənin,
Nəticəsi əyandır.
Dərsdən bir gün qalanlar,
Bir ömür peşimandır.
Azərbaycan dilinə uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu
ХЎРОЗ НЕГА УЧМАЙДИ?
Қанотлилар синфида
Хўроз экан билимдон.
Қийналмай беш оларкан.
Ҳамма фандан ҳар қачон.
Эрталаб туришдан-беш,
Майдалаб юришдан-беш,
Тумшуқдаги донини
Кичикка беришдан-беш.
Хўроз ўзидан хурсанд
Мағрур қадам ташлабди,
Чор атрофида ҳамма
Уни мақтай бошлабди.
Қандай асралмоқ мумкин
Иссиқдану аёздан,
Неки мушкул ечишни,
Ўрганинглар хўроздан.
Бирам қувноқ, қақилдоқ,
Хўрозжонга офарин!
Дангасаликдан йироқ,
Хўрозжонга офарин!
Хўроз бир тонг: ўқиш кўп
Чарчаб толаман дебди.
Нима қилибди шу бир кун
Дарсдан қоламан дебди
.
Мактабга чақирибди.
Аввал Турна чақириб,
Уйғонишин кутибди,
Майна тур – деб кўзига
Ойначасин тутибди.
Какликнинг- чи, қичқириб,
Овозлари битибди.
Хўроз эса ёстиқ - ла ,
Қулоғин беркитибди.
Тонгда Укки тургун – деб
Жаҳил-ла, бақирибди,
Ўртоқлари бирма- бир,
Турмагач, бари секин,
Мактаб томон кетибди.
Қанотлилар синфида
Шу кун қизибди сабоқ,
Хўрозга дангасалик
Қимматга тушди бироқ.
Ўша кун қанотлилар
Омадга юз тутибди,
Ўқитувчи шу куни
Учиш дарсин ўтибди.
Хўроз эса ғафлатдан
Пар ёстиқни қучибди,
Ушбу дарсда дўстлари
Фалак сари кўчибди.
Бахмал мисол қанотлар
Булутларни силабди,
Уларга жами жонзот
Юксак парвоз тилабди.
Қушлар хурсанд бўлишиб,
Бахтли кун сабоғидан,
Қанот силкиб ўтишди,
Хўрознинг қўноғидан.
Хўроз эса бу бахтни
Қуча олмай қолибди,
Қанотлари бўлса ҳам
Уча олмай қолибди.
Шундай қилиб қиссадан
Чиққан ҳисса аёндир,
Дарсни бир кун қолдирган
Бир умр пушаймондир.
Зулфия МЎМИНОВА - Ўзбекистонда хизмат кўрсатган маданият ходими, Ўзбекистон Ёзувчилар уюшмаси аъзоси, "Меҳнат шуҳрати" ва "Дўстлик" орденлари соҳибаси, шоира.