Аёлга бахт беринг - Озарбайжон тилида
Özbək xalqının sevimli şairə xanımı ZÜLFİYƏ MÖMİNOVADAN yeni bir şeirin tərcüməsi...
QADINA BƏXT VERİN.
Qadına bəxt verin, səadət verin,
Gəzib, gülümsəyib, gülüb deməyin.
Qadının gülərkən ölməsi mümkün,
Alar dünyanı da gülüşlə yəqin.
Qadına bəxt verin, səadət verin,
Gözləri gülüşlə dolub baxsa da.
Boğazı altında neçə min həsrət,
Ay gülən üzündən doğub çıxsa da.
Alın, heç olmasa könlünü alın,
Əli sığal çəksin, şəfalar tapın.
Ağlayıb dayansa, heç olmasa siz,
Yaşını silməyə insaf, ar tapın.
Qəfil yerə düşsə ağappaq şalı,
Basıb keçməməyə ləyaqət tapın,
Körpələr yalayan çəkmələrinə
Təmizdir deməyə ədalət tapın.
Qadına bəxt verin, səadət verin,
Gəzib, gülümsəyib, gülüb deməyin.
Qadının gülərkən ölməsi mümkün,
Alar dünyanı da gülüşlə yəqin.
Qadına bəxt verin, səadət verin,
İlahi nur tapın, hidayət tapın.
İlahi bəxt verən qadın yanından,
Bəxtiyar ötməyə inayət tapın.
İlahi görünsün, ilahi qalsın,
Qiybət köynəyini cırıb, çapmasın.
Yuxusu qaçmasın, daim şən olsun,
Zərif ürəyini itlər qapmasın.
Qadına bəxt verin, səadət verin,
Dağ-daş dilə gəlib, sözə çatsa da.
Qadına bəxt verin, səadət verin,
Altmışa yetişsə, yüzə çatsa da.
Azərbaycan dilinə çevirən: Şahməmməd Dağlaroğlu
Аёлга бахт беринг!
Аёлга бахт беринг, саодат беринг,
Деманг юрибди-ку кулиб, жилмайиб.
Аёл кулиб туриб ўлиши мумкин,
Дунёни олиши мумкин жилмайиб.
Аёлга бахт беринг, саодат беринг,
Гар кўзлари кулиб турса-да,
Бўғзининг остида неча минг ҳасрат,
Ой юзлари кулиб турса-да…
Кўнглини кўтаринг ҳеч бўлмаганда,
Қўлини силашга шафоат топинг.
Йиғлаб турганида ҳеч бўлмаганда,
Ёшини артишга мурувват топинг.
Ногоҳ ерга тушса оппок рўмоли,
Босиб ўтмасликка шафоат топинг.
Чақалоқ ялаган этакларини
Тоза деб айтишга адолат топинг.
Аёлга бахт беринг, саодат беринг,
Деманг юрибди-ку кулиб, жилмайиб.
Аёл кулиб туриб ўлиши мумкин,
Дунёни олиши мумкин жилмайиб.
Аёлга бахт беринг, саодат беринг,
Иллоҳи нур топинг, ҳидоят топинг.
Иллоҳи бахт берган аёл ёнидан
Бахтиёр ўтмокқа иноят топинг.
Иллоҳи қалқонсиз, иллоҳ қўрғонсиз
Ғийбатлар йиртмасин кўйлаккинасин.
Иллоҳи ҳушёрсиз, иллоҳ бедорсиз,
Итлар тишламасин юраккинасин.
Аёлга бахт беринг, саодат беринг,
Тоғ қимирлаб, тошлар сўзга кирса-да,
Аёлга бахт беринг, саодат беринг, —
Олтмишга кирса-да, юзга кирса-да.
Зулфия Мўминова. Озарбайжонлик таржимон Шоҳмаммад Тоғлар ўғли - Şahməmməd Dağlaroğlu - ҳақида маълумот.
Шоҳмаммад Тоғлар ўғли (Султонов Шоҳмаммад Нурилла ўғли) 1956 йили Озарбайжондаги Исмоилий туманининг Пирақаним қишлоғида туғилган.1970 йилда № 1 Исмоилий ўрта мактабининг 8-синфини тугатган. Гўйчайдаги № 58 касб-ҳунар билимгоҳида дурадгорлик мутахассислиги бўйича ўрта-махсус маълумотга эга бўлган. 1975-1977 йилларда ҳарбий хизматни ўтаган. Турли йилларда бир қанча қурилиш бўлимларида қурувчи бўлиб ишлаган. 15 йилдан зиёд вақт мобайнида Исмоилий туманидаги Оқбулоқ ва Мужухафтаран қишлоқларидаги мактабларда меҳнат фани ўқитувчиси сифатида фаолият юритган.
1982-84 ва 1986-91 йилларда Россия Федерациясида яшаган. Новосибирскдаги қишлоқ хўжалик институтини муҳандис-иқтисодчи мутахассислиги бўйича тамомлаган. Исмоилий туманидаги Оқбулоқ қишлоғида ўтказган йиллари муниципалитет (маҳаллий ўз-ўзини идора қилиш идораси) сайловида қатнашиб, муниципалитет раиси этиб сайланган.
2005 йил бир йиллик журналистика курсларида ўқиган. Маҳаллий радиостанцияда муҳаррир бўлиб ишлаган. Исмоилий муниципалитетида бир неча маротаба сайловларда қатнашиб, сайланган ва айни вақтда махаллий иқтисодий ривожланиш ва ижтимоий масалалар бўйича раис ҳисобланади.
Шоҳмаммад Тоғлар ўғли ёшлигидан шеъриятга қизиқади ва кўплаб шеърлар ёзган. 5 та китоб муаллифи, 30 га яқин китоб муҳаррири ва 2 тўпламни нашрга тайёрловчи саналади. Унинг шеърлари "ХХ аср Ширвон шоирлари", "Турк олами шоирларининг тўплами" ва бир қанча альманахларда чоп этилган.
2014 йилдан буён ўзи ташкил қилган "Исмоилий ёзувчилари" адабий жамоат бирлашмаси раисидир. Шунингдек, 2008 йилдан буён нашр этиладиган "Исмоилий хабарлари" маҳаллий газетасининг асосчиси ва бош муҳаррири.
Шоир Ш. Тоғлар ўғли 1999 йилдан Озарбайжон ёзувчилар уюшмасининг аъзоси.
2016 йилдан Озарбайжон журналистлар уюшмаси аъзоси.
***
Şahməmməd Dağlaroğlu (Soltanov Şahməmməd Nurulla oğlu) 1956-cı ildə İsmayıllı rayonunun Pirəqanım kəndində anadan olub. 1970-ci ildə İsmayıllı şəhər 1 nömrəli orta məktəbin 8-ci sinfini bitirib. Göyçay 58 saylı orta texniki peşə məktəbində dülgər-xarrat peşəsi ilə yanaşı orta təhsil alıb. 1975-1977-ci illərdə ordu sıralarında xidmət edib.
Müxtəlif illərdə rayonun bir sıra tikinti idarələrində inşaatçı kimi çalışıb. İsmayıllı rayonunun Mücühəftəran və Ağbulaq kənd məktəblərində 15 ildən artıq əmək təlimi müəllimi işləyib.
1982-84, 1986-91-ci illərdə Rusiya Federasiyasında yaşayıb. Qiyabi yolla iqtisadçı-mühəndis ixtisası almaqla 1991-ci ildə Novosibirsk Xalq Təsərrüfatı İnstitutunu bitirib. İsmayıllı rayonunun Ağbulaq kəndində yaşadığı illərdə ilk bələdiyyə seçkisində uğur qazanaraq, bələdiyyənin sədri vəzifəsində çalışıb.
2005-ci ildə jurnalistika ixtisası üzrə birillik kurs bitirib. Rayonun Yerli Radio Verilişləri redaksiyasında redaktor vəzifəsində işləyib. Bələdiyyələr üzrə keçirilən ikinci, üçüncü və dördüncü seçkilərdə İsmayıllı bələdiyyəsinin üzvü seçilib.
Ş.Soltanov hazırda İsmayıllı bələdiyyəsinin üzvüdür, bələdiyyədə Yerli İqtisadi-İnkişaf və Sosial Məsələlər daimi komissiyasının sədri vəzifəsində çalışır.
Ş.N.Soltanov 1995-ci ildən Ana Vətən Partiyasının üzvü, həmçinin, partiyanın İsmayıllı rayon təşkilatının sədridir.
Erkən yaşlarından şeirlər yazan Ş.Dağlaroğlu 5 kitabın müəllifi, 30-a yaxın kitabın redaktoru, 2 toplunun tərtibçisidir. Şeirləri “XX əsrin Şirvan şairləri” toplusunda, “Türk dünyası şairlərinin antologiyası”nda və digər bir neçə almanaxda yer alıb.
2014-cü ildən təsisçisi olduğu “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin sədridir.
Ş.Soltanov 2008-ci ildən çıxan “İsmayıllı xəbərləri” qəzetinin təsisçisi və baş redaktorudur.
Şair Ş.Dağlaroğlu 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.