Аёлга гул беринг (Озарбайжон тилида)


   Bayramları gözləmək lazım deyil. Qadına hər gün gül vermək olar. Tanınmış özbək şairəsi ZÜLFİYƏ MÖMİNOVA da belə deyir:


Qadına gül verin

Qadına gül verin, elə güllər ki,
Kişi ürəyində bitən gül olsun.
Qadına gül verin, elə güllər ki,
Kişinin mehrindən ötən gül olsun.
Doğmam, anam deyin, ezaza gəlin,
Sürtün gözünüzə ayaq yerini.
Bilin ki, o dahi qadın böyüdüb,
Dünyanın ən dahi kişilərini.
Eşqin bəlalı, boş biyabanında,
Bağrı dəlinməyən bir qadın varmı?
Qismətin amansız daşqalağında,
Ürəyi sınmamış qadın olarmı?
Qadına gül verin, elə güllər ki,
Kişi dözümündən o keçmiş olsun.
Qadına gül verin, elə güllər ki,
Kişi göz yaşından su içmiş olsun.
Yetən hər kişini ömür yolunda,
Bəladan qurtarıb qalan qadın var.
Əjdaha ağzından, alov əlindən,
Saçıyla kişini alan qadın var.
Qadına gül verin, elə güllər ki,
Kişi inamından açan gül olsun.
Qadına gül verin mərd kişilərin
Qısqancdan, qibtədən qaçan gül olsun.
Qadını, Vətəni sevən nəsillər,
Ötən əsrlərin işindən agah.
Qadını aldatmaq, ananı satmaq,
Vətəni satmaqdan ağır bir günah.
Qadına gül verin, elə güllər ki,
Kişi nəfəsindən ətrini alıb.
Hayqırtı, bağırtı, çağırışsız,
Pıçıltı səsiylə qulaqda qalıb.
O sizi bağışlar, vəfalı həmdəm,
Arzusu – ömrünüz olsun ağappaq.
Əvəzində sizdən gözlədiyisə,
Anlamaq, anlamaq, yenə anlamaq.
Qadına gül verin, elə güllər ki,
Kişi ürəyində bitən gül olsun.

Azərbaycan dilinə çevirən: Şahməmməd Dağlaroğlu

Аёлга гул беринг

Аёлга гул беринг, шундай гулларки,
Эркак юрагидан унган гулларни.
Аёлга гул беринг, шундай гулларки,
Эркакнинг меҳридан унган гулларни.
Азизам онам денг, эъзозга ӯранг,
Кӯзингизга суртиб этакларини.
Мана шу ҳазрати аёл улғайтган.
Дунёнинг ҳазрати эркакларини.
Балои ишқ дашти биёбонида.
Бағри тилинмаган аёл бормикин?
Тақдирнинг бешафқат тошбӯронида,
Юраги синмаган аёл бормикин?
Аёлга гул беринг шундай гулларки,
Эркак бардошидан унган гулларни,
Аёлга гул беринг шундай гулларки,
Эркак кӯз ёшидан унган гулларни.
Ҳар битта эркакнинг умр йӯлида
Балодан қутқариб қолган аёл бор.
Аждарнинг оғзидан, жар ёқасидан,
Сочи-ла, суғириб олган аёл бор.
Аёлга гул беринг, шундай гулларки,
Эркак қувончидан унган гулларни.
Аёлга гул беринг, мард эркакларнинг,
Рашкидан, қизғончидан унган гулларни.
Аёлни, ватанни севган насллар,
Асрлар қаъридан этади огоҳ,
Аёлни алдамоқ, онани сотмоқ,
Ватани сотмоқдек энг оғир гуноҳ.
Аёлга гул беринг шундай гулларки,
Эркак нафасидан унган гулларки,
Ҳайқириқ, бақириқ, чақриғимас,
Шивиридан, сасидан унган гулларни.
У сизни кечирар мунису, мушток,
У сизни оқлайди, сиз оппоқ, оппоқ.
Эвазига эса, сиздан кутгани,
Тушинмоқ, тушинмоқ, тушинмоқ.
Аёлга гул беринг, шундай гулларки,
Эркак юрагидан унган гулларни.

Зулфия Мўминова.










Гость, изоҳ қолдирасизми?
Имя:*
E-Mail:



Маълумот