Фуад Аби ўғли Ҳусайнзода
Фуад Аби ўғли Ҳусайнзода 1978 йилнинг 9 декабрь куни Озарбайжоннинг Жалилобод туманида таваллуд топган.
1997 йилда Боку Давлат Университетининг журналистика факультетини тамомлаган. Миллати озарбайжон. Айни вақтда диаспора фаолиятида журналистларни қўллаб-қувватлаш жамоат бирлашмаси раиси ва Vetenqehremenlari.az веб сайтининг Бош муҳаррири.
У Озарбайжон Республикаси Президенти Илҳом Aлиевнинг 2015 йил 15 июлдаги буйруғи билан "Тараққиёт" медали билан тақдирланган. 2017 йилда у "Украина мустақиллигининг 25 йиллиги" медали билан мукофотланган.
2018 йилда у Украинадаги озарбайжонларнинг бирлашган диаспораси томонидан "Озарбайжон Демократик Республикасининг 100 йиллиги" медалига сазовор бўлган.
Fuad Abı oğlu Hüseynzadə
Hüseynzadə Fuad Abı oğlu 9 dekabr 1978-ci ildə Cəlilabad rayonunda anadan olub. Orta təhsilini 1985-1995-ci illərdə Cəlilabad rayon N.Gəncəvi adına 1№-li orta məktəbdə alıb.
1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub, 2001-ci ildə bitirib və elə həmin il Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərindəki N saylı hərbi hissəsində hərbi qulluğa başlayıb.
2002-ci ildə hərbi qulluqdan tərxis olunduqdan sonra “Həftə içi” qəzetində müxbir kimi çalışıb. 2003-cü ildə Mədəniyyət Nazirliyinin “Yaddaş” qəzetində şöbə redaktoru vəzifəsində çalışıb. 2003-2007-ci illərdə “LİDER” TV-nin “Zəif Bənd” intellektual verilişində redaktor və böyük redaktor vəzifələrində işləyib. 2007-2008-ci illərdə “İki Sahil” qəzetində müxbir, 2008-2009-cu illərdə isə “Milli Qəhrəman” qəzetində baş redaktorun müavini vəzifəzində işləyib. 2009-2011-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Virtula Rinq” verilişində redaktor olub. 2009-2012-ci illərdə “Paritet” qəzetində çalışıb. 2013-2020-ci illərdə “Palitra” qəzetində çalışıb.
Rusiyanın “Business-Dialog Media” nəşriyyat və kommunikasiya qrupunun “World Business Guide” jurnalının Azərbaycan təmsilçisidir.
O, eyni zamanda ictimai fəaliyyətə də diqqət ayırır. 2014-cü ildən Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədridir. 2015-ci ilin yanvarında Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya üzv seçilib. Hazırda İctimai Şurada katib vəzifəsini icra edir. Xarici KİV-lərdə də Azərbaycanla bağlı yazılarla çıxış edir. Bu vaxta kimi Litvanın “slaptai.lt”, Pakistanın “Daily Parliament Times”, “Pothwarlink.com”, Türkiyənin “Guvengazetesi.com.tr”, “Turkhaber.com.tc”, “İgdirim76.com”, Gürcüstanın “İberiana2”, Avstraliyanın “Ancient-origins.net”, Latviyanın “Valmiera24”, İngiltərənin “Cyprusscene.com”, Ukraynanın “Onpress.info”, “Regionews.ua”, Macarıstanın “Turizmusonline.hu”, Meksikanın “Mx.blastingnews.com”, “Uno más uno”, Rusiyanın “World Bizness Guide”, Norveçin “Utrop.no”, Monteneqronun “Svitac.me”, “Crnogorskiportal.me”, “Bosnjaci.net”, “Aktuelno.me”, “Avlija.me”, Qazaxıstanın “Goldenbridgenews.com”, Özbəkistanın “Fikr.uz”, Albaniyanın "Nacional", Misirin “Shbabalnil.com”, ABŞ-ın “Bukhariantimes.org” qəzet, jurnal və internet portallarında Azərbaycan həqiqətləri ilə bağlı məqalələri çap olunub.
Həmçinin ABŞ-ın CNN telekanalının saytında özünün bloqu var. Burada da ingilis dilində ilk Avropa Oyunları, Qarabağ həqiqətləri, erməni terrorizminin ifşa olunması və s. mövzularda məqalələri yerləşdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 iyul 2015-ci il tarixli sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunub. 2017-ci ildə “Ukraynanın müstəqilliyinin 25 illiyi” medalı ilə təltif edilib.
2018-ci ildə isə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif edilib.
2016-cı ilin oktyabr ayında 5 qitədəki soydaşlarımızdan xəbər verən “Dünya azərbaycanlılarının palitrası” adlı kitabı işıq üzü görüb.
2020-ci ilin oktyabr ayında isə “Azərbaycançılıq ideyası-dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitabı nəşr olunub.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, Vetenqehremenlari.az saytının baş redaktoru.